İranın Ali Lideri Əli Xameneinin müşaviri Əli Laricani iyulun 20-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı İran Prezidenti Məsud Pezeşkianın ona mesajını çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat verib.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai qeyd edib ki, danışıqlar konstruktiv şəraitdə keçib.
"Əli Laricani prezidentin xüsusi nümayəndəsi olaraq mesaj çatdırıb və İranın regional inkişaf məsələləri, beynəlxalq məsələlər və ikitərəfli əlaqələrə dair fikirlərinə aydınlıq gətirib. O, Rusiya prezidenti ilə konstruktiv görüş keçirib və bu görüşdə genişspektrli məsələlər, xüsusilə də ikitərəfli münasibətlər və son üç-dörd həftə ərzində regionda baş verən hadisələr müzakirə edilib", - diplomat bildirib.