Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Trampın məktubunu Tehrana kim çatdıracaq?
ABŞ Prezidenti Donald Trampın İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə ünvanladığı məktubu İranın xarici işlər naziri Abbas Əraqçıya Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş verəcək.
Oxu.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ISNA-ya müsahibəsində bildirib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçı bu gün verdiyi açıqlamada qeyd etmişdi ki, ABŞ Prezidenti Donald Trampın məktubunu Tehrana ərəb ölkələrində biri çatdıracaq.
"ABŞ Prezidenti Donald Trampın məktubunu İranın Ali Rəhbəri Seyid Əli Xameneiyə ərəb ölkələrindən biri çatdıracaq".
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, İrana məktubu ərəb ölkələrindən birinin Tehrandakı nümayəndəsi çatdıracaq.