İranda SEPAH Aerokosmik Qüvvələrinin dron mütəxəssisləri tərəfindən yeni "Shahed-161" pilotsuz uçuş aparatı (PUA) sınaqdan keçirilib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, 150 kilometr mənzilli dron iki saat havada qala bilir. Onun uçuş yüksəkliyi 26 min fut (7 924.82 metr) təşkil edir. Dron kəşfiyyat və sərhəd patrul missiyaları üçün nəzərdə tutulub.