Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İrana qarşı sanksiyalar nə vaxt başlayacaq?
ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin direktoru Brayan Huk jurnalistlərə açıqlamasında Vaşinqtonun İrana qarşı tətbiqinə hazırlaşdığı yeni sanksiyalardan danışıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, Vaşinqtonun yeni sanksiyalar qoymaqda məqsədinin İran rejimini devirmək deyil, onun rəhbərliyinin rəftrarını dəyişmək olduğunu deyib:
“İrana qarşı sanksiyaların yeni mərhələsi avqustun 4-dən başlanacaq. Bu mərhələdə İranın maşınqayırma və qızıl ticarəti sektoruna sanksiya qoyulacaq.
Sanksiyaların növbəti mərhələsinin icrasına isə noyabrın 6-dan başlanacaq. Bu mərhələdə İranın energetika və bank sektoruna qarşı sanksiya tətbiq ediləcək.
Vaşinqtonun məqsədi İranın neft ixracatını sıfıra endirməkdir. İran rejimi xalqın ölkədə islahatlar aparılması ilə bağlı qanuni tələbinə məhəl qoymur, Tehran, Xürrəmşəhr və digər yerlərdə insanların dinc etirazlarını zorakılıqla yatırdır, repressiyaya məruz qoyur.
Aydın məsələdir ki, yeni sanksiyaların tətbiq olunmasında məqsəd, İran rejimini dəyişmək yox, islam respublikası rəhbərlərinin rəftarını dəyişmək, İran xalqının istəklərini gerçəkləşdirməkdir”.
"İran" teqi üzrə xəbərlər
- İranda hərbi qüvvələr dinc vətəndaşı güllələyiblər
- Hindistan Ermənistana "Pinaka" silah sistemlərinin tədarükünə başlayıb
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- BƏƏ-də ravvinin qətlində əli olan şəxslər həbs edildilər
- Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
Rəylər