İranın Xuzistan əyalətində ardıcıl üç dəfə zəlzələ baş verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.
Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzindən verilən məlumata görə, sözügedən əyalətin Məşraqe şəhərində Rixter cədvəli üzrə 4,1, 4,4 və 4,9 bal gücündə ardıcıl zəlzələlər qeydə alınıb.
Zəlzələlər 12:15 radələrində və ardıcıl olaraq 8, 19 və 31 kilometr dərinliklərdə baş verib.
Rəylər