İran hökuməti benzinə görə dövlət subsidiyalarını ləğv edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “BBC”-dən verilən məlumata görə, bu səbəbdən yerli vaxtla gecə saat 00.00-da yanacaqdoldurma məntəqələrində 1 litr benzinin qiyməti, 75 faiz artaraq, 16 ABŞ sentindən 28 sentədək qalxıb.
Bu səbəbdən avtomobil sahibləri arasında böyük ajiotaj yaşanıb, yanacaqdoldurma məntəqələrində axşamdan yaranan uzun növbələr gecəyarıyadək davam edib. Lakin qiymət artımı əhali arasında qəti etirazlara və iğtişaşlara səbəb olmayıb.
Qeyd edək ki, qonşu dövlətdə yanacağın 75 faiz bahalaşmasına baxmayaraq, dünyada ən ucuz benzin hələ də məhz İrandadır.