Aprelin 24-də Bakı şəhərinin Suraxanı rayonunda gənc qadın özünü bıçaqlayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Hövsan qəsəbəsi, Bahar bağları yaşayış massivindəki fərdi evdə 1989-cu il təvəllüdlü Sənubər Abbasova özünü bıçaqlayaraq ağır xəsarət yetirib.
O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. S.Abbasovanı dindirmək hələlik mümkün deyil.
Araşdırmalar nəticəsində məlum olub ki, özünü bıçaqlayaraq öldürmək istəyən qadın xeyli müddətdir ki, həyat yoldaşı Rəşad Abbasovdan boşanmaq istəyib. Bu dəfə də ailədə həmin məsələ üstündə mübahisə düşüb. R.Abbasov azyaşlı övladlarına görə boşanmaq istəmədiyini bildirib. Əsəblərinə hakim ola bilməyən 25 yaşlı qadın daha sonra həyat yoldaşının gözü qarşısında özünü bıçaqlayıb.
R.Abbasov bildirib ki, əvvəlcə arvadının qeyri-ciddi olduğunu düşünüb. Onun özünü bıçaqladığını görəndən sonra isə təcili tibbi yardıma müraciət edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.