Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranda polislərə daha bir hücum həyata keçirildi
Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətində polislərə və sərhədçilərə qarşı daha bir neçə hücum həyata keçirilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran mediasına istinadla xəbər verib.
Bildirilir ki, Hirmənd sərhəd alayının Məkki postuna və Cekiqur sərhəd alayının Murtan postuna silahlı hücum olub, nəticədə iki sərhədçi həlak olub.
Bundan başqa, Xaş şəhərində də bir polis nəfəri naməlum yaraqlılar tərəfindən qətlə yetirilib.
Hələlik hücumların məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
Ötən gecə Sistan və Bəlucistan əyalətinin İranşəhr bölgəsində silahlı şəxslər polis məntəqəsinə basqın ediblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran mediasına istinadla xəbər verib.
Bildirilir ki, hücuma görə məsuliyyəti "Ceyş əl-Ədl" bəluc silahlı qruplaşması öz üzərinə götürüb.
Ölən və yaralananlar barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, dünən Zahidan şəhərində daha bir polis məntəqəsinə silahlı basqın həyata keçirilib. Hücum nəticəsində polislər arasında ölən və yaralananlar var. Onların sayı açıqlanmayıb.
Rəylər