İranın Sistan və Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşmalar arasında döyüşlər gedir.
Oxu.Az xəbər verir ki, bu barədə "Xal-e-Vaş" hüquq müdafiə nəşri məlumat verib.
Məlumata görə, Saravan dairəsinin Cahadabad rayonunda İran təhlükəsizlik qüvvələri ilə naməlum silahlı şəxslər arasında toqquşmalar davam edir.
Döyüşlərin getdiyi əraziyə hərbi texnikanın cəlb edildiyi, təhlükəsizlik qüvvələrinin giriş yollarını bağladığı və mülki nəqliyyatın hərəkətini məhdudlaşdırdığı bildirilir. Ərazi üzərində pilotsuz uçuş aparatlarının (PUA) və helikopterin müşahidə olunduğu qeyd edilir.
Hazırda toqquşmaların səbəbi, iştirakçıların kimliyi və mümkün itkilər barədə məlumat yoxdur.