İranda Novruz çərşənbələri ilə bağlı keçirilən mərasimlərdə ölənlərin sayı artıb.
Son məlumata əsasən, 26 nəfər iranlı çərşənbə mərasimi zamanı həyatını itirib.
Bildirilib ki, əsasən vətəndaşlar tonqal üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alıb, yaralananların sayı isə 4 360-ü keçib.
08:48
İranda Novruz çərşənbələri ilə bağlı keçirilən mərasimlərdə azı 14 nəfər ölüb, 3 253 nəfər xəsarət alıb.
Qeyd olunur ki, xəsarət alanlardan 463 nəfərin vəziyyəti daha ağır olduğundan onlar xəstəxanalara yerləşdirilib.
O da bildirilib ki, xəsarət alan 189 nəfərin əzaları amputasiya edilib.
Mənbə: Mehr News