Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Litvada ilk dəfə Rusiya nömrəli avtomobil müsadirə edildi: Minlərlə avroluq maşın Ukraynaya veriləcək - FOTO
Litva gömrükçüləri ilk dəfə olaraq ölkə ərazisində Rusiya dövlət nömrə nişanlı avtomobili müsadirə ediblər.
Bu barədə Litva Kriminal Gömrük Xidmətinin sosial şəbəkə hesabında məlumat verilib.
Məlumata görə, Moldova vətəndaşı Rusiya dövlət nömrə nişanlı “Audi Q7” avtomobili ilə “Medininkay” keçid məntəqəsinə gəlib və buradan Belarusa keçmək istəyib.
O, avtomobildə tək olub. Lakin sürücünün təqdim etdiyi sənədlər yoxlanıldığı zaman məlum olub ki, avtomobilin sahibi tamam başqa şəxs - Rusiya vətəndaşıdır.
Sürücüyə izah edilib ki, martın 11-dən Litvada Rusiya qeydiyyatında olan avtomobilləri olan şəxslər cərimə olunurlar və avtomobilləri müsadirə edilir.
Moldova vətəndaşı Aİ-nin tətbiq etdiyi məhdudiyyətlər barədə məlumatı olmadığını bildirsə də, ona qarşı inzibati xəta haqqında protokol tərtib edilib, 41 min 690 avro dəyərində olan avtomobili isə saxlanılıb.
Avtomobilin müsadirə olunaraq Ukraynaya veriləcəyi ehtimal edilir.
Mənbə: “Sputnik” Litva
"Aİ" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜLƏR
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı
Rəylər