Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İranda daha bir partlayış: Ölən və yaralananlar var
Bu gün İranın İsfahan şəhərində partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış "Avanar Persian" adlı şirkətə məxsus anbarda partlayış baş verib.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Anbar kimya istehsalı ilə bağlı sənaye kompleksinin ərazisində yerləşir. Müəssisənin dronların istehsalı ilə əlaqəli ola biləcəyi də bildirilib.
Xatırladaq ki, üç gün əvvəl Şəhid Rəcai limanında kimyəvi maddələr anbarında partlayış baş verib. Hadisə nəticəsində azı 70 nəfər həlak olub, 1.2 mindən çox insan xəsarət alıb.
İranda daha bir partlayış: Ölən və yaralananlar var

"İran" teqi üzrə xəbərlər
- Tehranın dəmir bazarında güclü yanğın baş verib
- Ermənistanın keçmiş prezidenti: "Biz İranla strateji əməkdaşlıq qurmalıyıq"
- İran XİN: "Nüvə dosyesi ilə bağlı ABŞ-dən heç bir təklif almamışıq"
- İran parlamentarisi: "Uranın zənginləşdirilməsindən əl çəkməyəcəyik"
- Pezeşkiandan xəbərdarlıq: "Qərb ölkələri iflic vəziyyətinə düşəcək"
Ən çox oxunanlar