Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İranda daha bir zavod yandı
İranın Məşhəd şəhərində motosiklet istehsalı zavodunda güclü yanğın baş verib.
Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, 4 min kvadratmetr ərazidə şin və karton anbarı alovlanıb.
Yanğın artıq söndürülüb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, ötən gün Kərəc şəhərində tullantıların çeşidlənməsi mərkəzində güclü yanğın baş vermişdi.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar