İranın Kirman əyalətində (Kirman-Məşhəd magistral yolu) avtobusun aşması nəticəsində 14 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Ümumilikdə avtobusda 43 sərnişin olub.
Zərərçəkənlər xəstəxanaya aparılıb. Ölü sayının artma ehtimalı var.