Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İranda dəhşətli təyyarə qəzasının səbəbi məlum oldu
Ukraynaya məxsus sərnişin təyyarəsinin İranda qəzaya uğramasının səbəbi mühərrikdəki yanğın olub.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Tehran hava limanının nümayəndəsi İRNA-ya bildirib.
İranın Fövqəladə Hallar Departamentinin rəhbəri də öz növbəsində agentliyə bildirib ki, qəzanın səbəbi texniki nasazlıqdır, başqa heç bir variant yoxdur.
Qeyd edək ki, bundan əvvəl qəzaya uğrayan “Boeing-737” təyyarəsinin yeni olduğu barədə məlumat verilmişdi.
Xatırladaq ki, Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də səhər tezdən, Tehran hava limanından çıxdıqdan dərhal sonra qəzaya uğrayıb. Göyərtədə olan 167 sərnişin və doqquz heyət üzvünün hamısı həlak olub.
"İran" teqi üzrə xəbərlər
- Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxartdı
- Təbrizin "Traktor" klubu çempionluğa doğru - Ən yaxın izləyicisini beş xal qabaqlayır
- SEPAH İranda yeni radar sistemi qurur
- İran rəsmisi: "Tehran ABŞ ilə münaqişənin qarşısını almaq üçün Yəməndən qoşunlarını çıxarır"
- İran Fars körfəzindən Sudana silah daşıyır