İranın mərkəzi hissəsində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 1.5 milyon insanın yaşadığı İsfahan şəhərindən 183 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.