Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İranda güclü zəlzələ: Ölənlərin və xəsarət alanların sayı artdı
İranın Rəzəvi-Xorasan əyalətində baş verən zəlzələ nəticəsində azı 120 nəfər xəsarət alıb, dörd nəfər ölüb.
Bu barədə Kəşmer şəhərinin meri Höcətullah Şəriətmədari məlumat verib.
"120 nəfər yaralanıb. Onlardan 35-i xəstəxanadadır. Dörd nəfər dünyasını dəyişib", - o, IRIB telekanalında deyib.
Zəlzələnin episentri 96 min iranlının yaşadığı Kəşmerdən üç kilometr aralıda olub.
İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb.
Qeyd olunur ki, hazırda dağıntılar altında qalanların axtarışı davam edir.
İranın Xorasan-e Rəzəvi əyalətinin Kaşmər şəhərində beş bal gücündə zəlzələ baş verib.
"Azad İran" "Telegram" kanalı məlumat verir ki, zəlzələnin ocağı altı kilometr dərinlikdə qeydə alınıb.
Bildirilib ki, İranın Qırmızı Aypara Cəmiyəti Təşkilatından iki qrup dərhal mümkün dağıntıları qiymətləndirmək üçün Kaşmər şəhərinin zəlzələdən zərər çəkmiş bölgələrinə yola düşüb.
Son məlumata görə, zəlzələ nəticəsində iki nəfərin öldüyü təsdiqini tapıb, azı 30 nəfər xəsarət alıb.