"Turan Tovuz" klubunun yeni baş məşqçisi Kurban Berdiyev Maksim Medvedevə təklif göndərib.
Sportinfo.az-ın xəbərinə görə, Kurban Berdiyev Maksim Medvedevin onun köməkçisi vəzifəsində çalışmasını istəyir.
Bundan əlavə, Kurban Berdiyev Cavid Hüseynova da köməkçisi olmaq üçün dəvət göndərib.
Qeyd edək ki, Cavid Hüseynov hazırda Birinci Liqaya yüksələn "Cəbrayıl" komandasının baş məşqçisi vəzifəsində çalışır.
Xatırladaq ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev iyunun 2-də karyerasını başa vurub.