İranda "Honkonq qripi" virusunun yayılması ilə bağlı vəziyyət kəskinləşib.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Hörmüzgan əyalətində H3N2 qripindən ilk ölüm hadisəsi qeydə alınıb.
Məlumata görə, 26 yaşlı xəstə qripdən vəfat edib.
Hörmüzgan Tibb Universitetinin rektoru Pejman Şahroxinin sözlərinə görə, son üç gündə əyalətdə yuxarı tənəffüs orqanlarını zədələyən virusların yayılma tezliyi narahatedici bir həddə çatıb.