İngiltərə Premyer Liqasının 14-cü turunda lider "Arsenal" "Brentford"u qəbul edib.
Oxu.Az xəbər verir ki, meydan sahibləri inamlı qələbə qazanıblar.
Merino (11) və Sakanın (90+1) qolları "topçular" üçün üç xalı təmin edib - 2:0.
Hazırda Mikel Artetanın yetirmələri 33 xalla turnir cədvəlinə başçılıq edirlər. London təmsilçisi ən yaxın izləyicisi "Mançester Siti"ni 5 xal qabaqlayır.
"Brentford" isə 19 xalla 13-cü pillədə qərarlaşıb.