Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Qara dənizdə Rumıniya tərəfindən "Sea Baby" dəniz pilotsuz aparatının məhv edildiyi barədə yayılan xəbəri təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Hromadske" nəşrinə istinadən yayılıb.
UTX bildirib ki, Qara dənizdə Ukraynanın heç bir dəniz dronu itirilməyib: "Ukrayna beynəlxalq hüquq normalarına əməl edir, beynəlxalq sərhədləri pozmur və tərəfdaşlarına hörmətlə yanaşır".
Rumıniya Hərbi Dəniz Qüvvələrinin hərbi dalğıcları Qara dənizdə gəmiçilik üçün təhlükə törədən obyekti məhv etmək üçün əməliyyat həyata keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Rumıniya Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, söhbət Ukraynanın "Sea Baby" dəniz dronundan gedir.
Qeyd edilir ki, əməliyyat Konstansa limanından təxminən 36 dəniz mili şərq istiqamətində keçirilib.
Xatırladaq ki, Qara dənizdə noyabrın 28-də "Kairos" və "Virat", dekabrın 2-də isə "Midvolga" tankerləri hücuma məruz qalıb.