Avropa Komissiyası Rusiyanı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riski yüksək olan ölkələrin "qara siyahı"sına əlavə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Hələ 2023-cü ildə FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) Rusiyanın qrupa üzvlüyünü dayandırıb, lakin Ukraynanın təkidinə baxmayaraq, ölkəni "boz" və ya "qara siyahı"ya əlavə etməyib. Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Cənubi Afrika Respublikası bu addıma qarşı çıxiblar.
İndi isə Avropa Komissiyası FATF-nin mövqeyindən asılı olmayaraq Rusiyanı "qara siyahı"ya salmaq qərarına gəlib.