Türkiyədə BİST (Borsa İstanbul) fond bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə bağlı aparılan təhqiqat çərçivəsində saxlanılmış Türkiyə yığmasının və "Fənərbağça" və "Beşiktaş" klublarının keçmiş futbolçusu Gökhan Gönül ev dustaqlığına məhkum edilib.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı təhqiqatı aparan İstanbul Prokurorluğu yayıb.
Bundan başqa, eyni iş üzrə saxlanılmış məşhur illüziyaçı Aref Qafuri və daha yeddi nəfər həbs edilib.
Həmçinin məlumata görə, İstanbulda, eləcə də Antalya, Samsun, Ankara və Kahramanmaraşda yerləşən "Avrupa Yatırım Holding A.Ş." səhmləri ilə bağlı manipulyativ fəaliyyətlə məşğul olduğu müəyyən edilən 25 nəfər barəsində "cinayətkar təşkilat yaratmaq" və "bazar fırıldaqçılığı" maddələri üzrə istintaq tədbirləri aparılır.
Qeyd edək ki, Aref Qafuri və Gökhan Gönül dekabrın 2-də saxlanılıblar.