Türkiyədə BİST (Borsa İstanbul) fond bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə bağlı İstanbul Baş Prokurorluğu araşdırmalara başlayıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
İstintaq çərçivəsində İstanbulda, eləcə də Antalya, Samsun, Ankara və Kahramanmaraşda yerləşən "Avrupa Yatırım Holding A.Ş." səhmləri ilə bağlı manipulyativ fəaliyyətlə məşğul olan 25 nəfər müəyyən edilib.
Saxlanılanlar arasında Türkiyə millisinin keçmiş futbolçusu Gökhan Gönül və məşhur illüziyaçı Aref Qafuri də var.