"Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında" BMT Konvensiyasına (Ottava Konvensiyası) üzv olmayan 12 dövlət piyada əleyhinə minalar hazırlayan, istehsal edən və ya əldə edən ölkələr siyahısında qalır".
Oxu.Az-ın məlumatına görə, bunu dekabrın 2-də keçirilən mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, Ermənistan üç ildir ki, mina istehsal edən ölkələr sırasındadır:
"Həmin konvensiyaya üzv olmayan ölkələr Ermənistan, Çin, Kuba, Hindistan, İran, Myanma, Şimali Koreya, Pakistan, Rusiya, Sinqapur, Cənubi Koreya və Vyetnamdır".
Samir Əli