ABŞ-nin Kaliforniya ştatının Trona şəhəri ərazisində "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az bu barədə Avia.pro saytına istinadən xəbər verir.
Məlumata görə, pilot katapult etməyə macal tapıb. Onun yüngül xəsarətlər aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Qəzanın plan əsasında keçirilən təlim uçuşu zamanı baş verdiyi qeyd edilir.