İranda kömür mədənindəki partlayışdan sonra üç günlük matəm elan edilib.
Oxu.Az Mehr-ə istinadən xəbər verir ki, Təbəs kömür mədənində baş verən qəzada çox sayda işçinin ölməsi və yaralanmasına baxmayaraq, ümummilli deyil, yalnız Cənubi Xorasan əyalətində üç günlük matəm elan edilib.
Bildirilib ki, Təbəs kömür mədənində partlayış metan qazının sızması nəticəsində meydana gəlib.
Qeyd edək ki, son məlumatlara əsasən, qəzada 50-də çox mədənçi ölüb, 20-yə yaxını isə yaralanıb.
İranın şərqindəki Cənubi Xorasan əyalətinin Təbəs şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.
Məlumata görə, təkcə mədənin 2 B və C blokunda metan partlaması nəticəsində 47 işçidən 30-u ölüb, 17-si yaralanıb. Bundan əlavə, 22 işçinin qapalı qaldığı C blokunda yardım gözləyərkən artan metan miqdarları səbəbindən öldüyü məlum olub.
İranın şərqindəki Cənubi Xorasan əyalətinin Təbəs şəhərində şaxtada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Cənubi Xorasan vilayətinin qubernatoru Məhəmməd Əli Axundi məlumat verib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə ölənlərin sayının daha da artması ehtimalı var.
İranın şərqindəki Cənubi Xorasan vilayətində kömür mədənində metan qazı partlaması baş verib.
Oxu.Az bu barədə "İzvestiya"a istinadən məlumat verir.
Təbii fəlakətdə 19 mədənçi həyatını itirib.
İran dövlət televiziyasına açıqlama verən Cənubi Xorasan vilayətinin valisi Cavad Kanaat ötən gecə vilayətin Tebes rayonundakı kömür mədəninin iki blokunda metan qazı partlayışının baş verdiyini bildirib.
Daha 17 mədənçinin yaralandığını bildirən İran rəsmisi mədəndəki bloklarda ümumilikdə 69 nəfərin çalışdığını və mütəxəssis qruplar tərəfindən sıxışanların xilasedilməsi işlərinin davam etdiyini qeyd edib.
Rəylər