İranda Şiraz Cinayət Məhkəməsinin hakimi Ehsan Baqiri iki naməlum şəxs tərəfindən güllələnib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunub ki, səhər saatlarında 38 yaşlı hakim evindən çıxarkən silahlı hücuma məruz qalaraq qətlə yetirilib.
Hücum edən şəxslərin hadisə yerindən qaçdıqları qeyd olunub. Hələlik qətllə bağlı araşdırma aparılır.