Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İranda nüvə mərkəzinə Rəisinin adı verildi
İranın İsfahan şəhəri yaxınlığında yerləşən Nüvə Uranı Emalı Mərkəzi helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisinin adını daşıyacaq.
Bu barədə Mərkəzin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mərhum prezident ölkədə nüvə sənayesi və nüvə texnologiyasının inkişafına xüsusi diqqət yetirib.
Qeyd edək ki, uran emalı obyekti respublikanın mərkəzində, İsfahanın yaxınlığında yerləşir. Obyekt onlarla emalatxanadan ibarətdir və təxminən 60 hektar ərazini əhatə edir. Mərkəz İranda nüvə yanacağının yaradılması üçün mühüm rol oynayır. 2024-cü ilin fevralında mərkəzin ərazisində gücü 10 MVt olan dördüncü tədqiqat nüvə reaktorunun tikintisinə başlanılıb. Reaktorun gücü ölkənin bütün daxili ehtiyaclarını ödəməklə yanaşı, İrana bu məhsulları beynəlxalq miqyasda ixrac etmək imkanı da verəcək.
Mənbə: TASS