İranın paytaxtı Tehranın şərqində güclü partlayış baş verib.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Şahidlərin sözlərinə görə, göydə narıncı parıltı görünüb.
“The New York Times”ın müxbiri Farnaz Fassihi “Twitter”dəki hesabında partlayışın Parçində - İranın nüvə sınaqlarını keçirdiyi hərbi bazanın ərazisində baş verdiyini yazıb.
O, həmçinin, partlayışın baş verdiyi yeri xəritədə göstərib.
They posted this locator map: pic.twitter.com/NVPV7ktBHJ
— Farnaz Fassihi (@farnazfassihi) June 25, 2020
Artıq partlayışla bağlı rəsmi açıqlama verilib. Məlumata görə, Müdafiə Nazirliyinin obyektlərindən birinin ərazisində içərisində texniki qaz olan rezervuar partlayıb.
Hərbi obyektlərə zərər dəyməyib.
Hadisə yerinə xilasetmə qrupları cəlb olunub, itki yoxdur.
Pardis is a town located east of Tehran in northern #Iran pic.twitter.com/cYbUjgsn8p
— Heshmat Alavi (@HeshmatAlavi) June 25, 2020