İranın Şiraz şəhərində yerləşən ticarət mərkəzində güclü partlayış baş verib. Partlayış nəticəsində 32 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fars əyalətinin təcili yardım xidmətinin rəhbəri Məhəmməd-Rza Əli Maneş dövlət televiziyasına verdiyi müsahibəsində bildirib.
“Yaralıların sayı 32-yə çatıb, onlardan 15-i xəstəxanaya yatırılıb. Zərərçəkənlərin vəziyyəti stabildir. Ticarət mərkəzində baş verən partlayışın səbəbi hələlik məlum deyil”, - təcili yardım xidmətinin rəhbəri bildirib.
Məlumata görə, partlayış zamanı yaxınlıqda yerləşən mağazaların şüşələri sınıb.
S.S.
www.oxu.az