İranın cənub-qərbində güclü partlayış baş verib. Hadisə nəticəsində beş nəfər həyatını itirib, altı nəfər yaralanıb.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Xuzistan ostanında Ahvaz-Bəndər Məhşəhr magistral yolu boyunca keçən qaz kəmərində meydana gələn sızma nəticəsində baş verib.
Hadisənin təfərrüatı araşdırılır.