İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində iki polis avtomobili silahlı şəxslər tərəfindən hədəfə alınıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verib.
Məlumata görə, avtomobillərdə olan bir neçə nəfər ölüb, digərləri isə ağır yaralanıblar. Hələlik ölənlər və yaralananların sayı dəqiq bəlli deyil.
İran mediasının iddiasına görə, hücum zamanı heç bir polis öldürülməyib, ancaq yaralanan dörd polis xəstəxanaya yerləşdirilib.