İranın neft naziri Bijən Namdar Zəngənə ilk dəfə olaraq, qadını öz müavini və National Petrochemical Company (NPC) dövlət neft-kimya şirkətinin idarəedici direktoru təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə Shana agentliyi məlumat yayıb.
Bu postu tutan ilk qadın nazir müavininin adı isə Marziyeh Shahdaei-dir. Əvvəllər o, NPC-da layihələr üzrə direktor olub.
Nazir bu qərarı İran üzərindən sanksiyaların qaldırılmasından sonra, ixracın artırılması, xarici investisiyaların cəlb edilməsi, texnologiyaların modernləşdirilməsi və s ilə bağlı olduğunu qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az