İran hökuməti qadınlara motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi almağa icazə verib.
Oxu.Az bildirir ki, bu barədə "İlna" xəbər agentliyi məlumat yayıb.
Birinci vitse-prezident Məhəmməd Rza Arefin imzaladığı qətnamə yanvar ayında qəbul edilib. Sənədə əsasən, ölkənin baş komandanlığı qadınlar üçün motosiklet üçün praktik sürücülük dərslərinin təşkili, yol polisinin nəzarəti altında imtahanların keçirilməsi və müvafiq lisenziyaların verilməsindən məsuldur.
İranlı qadınlar uzun müddətdir ki, kişilərlə futbol matçları da daxil olmaqla, idman tədbirlərində iştirak hüquqları uğrunda mübarizə aparırlar. Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) bütün azarkeşlərin futbol meydanlarına girişini təmin etmək tələblərinə baxmayaraq, İran hakimiyyəti hələ də qadağanı ləğv etməyib.