Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranda seçkiqabağı kəskin qarşıdurma: Deputatlar arasında yumruq davası
İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasının ardınca ölkədə təyin olunan növbədənkənar prezident seçkisi müxtəlif siyasi qüvvələr və hökumət rəhbərliyinə iddialı şəxslər arasında mübarizənin qızışmasına səbəb olub.
Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə bəhs edilir.
Artıq prezidentliyə namizədlərin irəli sürülməsi prosesinə start verilib və bu proses ölkədə siyasi hərarətin tədricən yüksəlməsi ilə müşayiət olunur. Bunun ən bariz göstəricisi dünən İran parlamentində deputatlar arasında yumruq davası həddinə çatan kəskin qarşıdurma olub.
Eyni zamanda prezidentliyə namizədliyini irəli sürən və ya belə bir addım atacağı ehtimal olunan şəxslərə qarşı rəqibləri tərəfindən müxtəlif ittihamların irəli sürülməsi müşahidə olunmaqdadır. Məsələn, prezidentliyə real namizədlərdən biri kimi qiymətləndirilən Səid Cəlili hələ öz namizədliyini irəli sürməmiş onun əleyhinə tanınmış siyasətçi, İran parlamentinin deputatı Müctəba Zünnurinin 2019-cu ilə aid səs yazısı yayılıb.
Sosial şəbəkələrdə geniş şəkildə paylaşılan və müzakirə olunan bu səs yazısında deputat bildirir ki, 2017-ci ilin prezident seçkiləri zamanı general Qasım Süleymani Səid Cəlilinin prezident olacağı təqdirdə "Sepah"ın Qüds qüvvələrinin komandanı vəzifəsində bir gün belə qalmayacağını və istefa verəcəyini bəyan edibmiş.
Daha qızğın müzakirə doğuran iddia və ittihamlar prezidentliyə namizəd olacağı güman edilən Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi admiral Əli Şəmxani barədə ortaya atılıb.
Ətraflı süjetdə:
"İbrahim Rəisi" teqi üzrə xəbərlər
- İran hakimiyyəti adamlarını qoruya bilmir - Onlar satılırlar?
- "Qırmızı xətt" üzərində səndirləmə: "İran ancaq gücsüz olduğu zaman yumşalmaya gedir"
- İlk səfərini İraqa edən Pezeşkianın ziyarəti və ticarəti
- Zəngəzur yolunu xarici şirkətin mühafizəsi faktının bölgə dövlətlərinə təsiri
- Cəmilə Ələmolhoda: "Qərb məqsədli şəkildə iranlı gəncləri və qadınları hakimiyyətə qarşı qızışdırır"