Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İranda silahlı qarşıdurma: bir SEPAH zabiti öldürüldü, ikisi yaralandı
İranda Kürdüstan əyalətinin Sərvabad bölgəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri ilə silahlı toqquşma baş verib. Nəticədə bir SEPAH üzvü ölüb, daha iki nəfər isə yaralanıb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranda İnsan Haqları Təşkilatı (HENGAW) xəbər verib.
Bildirilir ki, toqquşma "Kürdüstan Azad Həyat Partiyasının" (PJAK) üzvləri ilə baş verib.
Silahlı atışma zamanı öldürülən SEPAH zabitinin Məhəmməd Əhmədpur olduğu bildirilib. Yaralanan iki şəxsin kimliyi ilə hələlik bəlli deyil.
"İran" teqi üzrə xəbərlər
- İran mediası: Urmiya gölünün quruması insan fəaliyyətinin nəticəsidir
- Rəsmi Tehran: "İran ABŞ ilə təzyiq altında nüvə sazişi üzrə danışıqlar aparmayacaq"
- İran prezidenti insanların ölkədən qaçmasına etiraz etdi: "Qalmalı və çətinliklərə dözməlisiniz"
- ABŞ İranla əlaqəli şəxslərə və şirkətlərə sanksiyalar tətbiq etdi
- Ukrayna tərəfindən zərərsizləşdirilən İran dronu ABŞ-də nümayiş etdiriləcək
Ən çox oxunanlar