İranda son bir ay ərzində ölkədə 110 polad karxanası işini dayandırmaq məcburiyyətində qalıb.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə Polad İstehsalçıları Birliyinin idarə heyətinin üzvü Seyidrza Şəhristani açıqlayıb.
O bildirib ki, ölkənin sənaye nazirinin yanlış idarəçiliyi belə bir şəraitin yaranmasına səbəb olub.
Onun sözlərinə görə, nazir polad məmulatlarının qiymətlərini sistemli şəkildə aşağı salıb, lakin polad karxanaları üçün ərzaq məhsullarının qiymətləri artıb.
Şəhristani sonda qeyd edib ki, 53 ildir sənaye sahəsində olsalar da, nə inqilab dövründə, nə də müharibə zamanı 13-cü hökumətin yaratdığı qədər faciəli bir dövrün şahidi olmayıblar.