Dekabrda koronavirusdan dünyasını dəyişmiş kikboksinq məşqçisi Ceyhun Abbasovun adına klub yaradılıb.
Oxu.Az-ın xəbərinə görə, bu gün bu münasibətlə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev klubun prezidenti İsmət Ağazadə və məşqçisi Babək Rüstəmovu qəbul edib.
Federasiyanın vitse-prezidenti Ramal Aslanovun və millimizin baş məşqçisi Elşən Abdulrəhimovun da iştirak etdiyi tədbirdə klub prezidenti və məşqçiyə üzvlük sertifikatı verilib.
Həmçinin, qadın kikboksçu Rumiyyə Vəliyeva və Kəlbəcərin azad olunması uğrunda medalla təltif olunmuş Qarabağ qazisi, XTD-nin MAXE baş çavuşu Məhəmməd Süleymanov isə məşqçilik sertifikatı ilə təltif olunub.
Qeyd edək ki, Ceyhun Abbasovun adına klub Bakı Olimpiya Stadionunda fəaliyyət göstərəcək.