Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İranda yeniyetmə qızlar hicaba görə polislər tərəfindən qəddarlıqla döyüldülər
İranda yeniyetmə qızlar hicaba görə polislər tərəfindən şiddətə məruz qalıblar.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, hadisə Tehranın şimali Vətənpur küçəsində baş verib.
Baş verənlər küçədəki nəzarət kameraları tərəfindən qeydə alınıb. Kadrlarda 14 yaşlarında olan iki qızın hicaba görə əxlaq polisləri tərəfindən qəddarlıqla döyülməsi və maşına mindirilməsi əks olunub.
Qızlardan birinin anası Məryəm Abbasinin sözlərinə görə, həbs olunarkən qızının başı elektrik dirəyinə çırpılıb, həmçinin polis maşınına mindiriləndə orada zorakılığa məruz qalıb.
"İranda məcburi hicab" teqi üzrə xəbərlər
- İranda məcburi hicab barədə yeni qanun layihəsindən imtina edilib
- İranda hicaba görə polis tərəfindən güllələnən Arzu Bədri iflic vəziyyətdə qalıb
- İran parlamentinin sabiq deputatı: "Hicab taxmamağa görə cəzaların tətbiqi dini baxımdan əsassızdır"
- BMT ekspertləri İranda "Məcburi Hicab Qanunu"nun ləğvinə çağırıblar
- İranda hicabsız konsert verən gənc müğənniyə cinayət işi açıldı
Ən çox oxunanlar
Rəylər