İranın koronavirusa qarşı yerli “COVIRAN” peyvəndini hazırlayan alimlər qrupuna rəhbərlik etmiş və hazırda ABŞ sanksiyaları altında olan Məhəmməd Müxbir ölkənin vitse-prezidenti təyin olunub.
Bu barədə İranın Prezident Administrasiyasından məlumat verilib.
Həmçinin, Qulam Hüseyn İsmailinin Prezident Administrasiyasının rəhbəri təyin edildiyi bildirilib.
Qeyd edək ki, həftə içi ölkənin yeni prezidenti Rəisinin formalaşdıracağı nazirlər kabinetini parlamentə təqdim edəcəyi gözlənilir.