İranın Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Tehran Universitetinin geofizika institutunun məlumatına görə, zəlzələnin episentri yerli vaxtla 14.46 radələrində Kəhnuc şəhərindən 16 kilometr aralıda qeydə alınıb.
Sözü gedən yaşayış məntəqəsində 50 minə yaxın insan yaşayır.
İtkilər və dağıntılar barədə məlumat yoxdur.
F.M.
www.oxu.az