İran Xarici İşlər naziri Cavad Zərif ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsinə sərt reaksiya verib.
Bu barədə o, “Twitter” hesabında yazıb.
“ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa qarşı hörmətsizliyi yenə özünü büruzə verir.
ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları şiddətlə qınayırıq.
Türkiyə xalqının və hökumətinin yanındayıq. İlk növbədə qonşuluq gəlir”, - deyə iranlı nazir bildirib.
U.S. addiction to sanctions and contempt for international law at full display again.
— Javad Zarif (@JZarif) December 15, 2020
We strongly condemn recent U.S. sanctions against Turkey and stand with its people and government.#NeighborsFirst