İranın ali dini lideri Əli Xamenei Avropa və ABŞ-ın gənclərinə açıq məktub yazıb. O, məktubda bəyan edib ki, Qərb İslam və müsəlmanlara qarşı nifrət yaymağa çalışır.
Oxu.Az-ın BBC-yə istinadən verdiyi xəbərə əsasən, Ayatolla gəncləri “dezinformasiya kampaniyaalrının” qurbanı olmamağa və İslam haqqında ilkin mənbələrdən, ilk növbədə Qurandan öyrənməyə çağırıb.
Xamenei qeyd edib ki, məktubun yazılmasına səbəb Fransadakı son hadisələr olub.
İngilis dilində yazılmış müraciət ali dini liderin rəsmi saytında yerləşdirilib.
www.oxu.az