Yanvarın 21-də Gəncə şəhərində bir ailənin üç üzvünü bıçaqlayan şəxs həbs edilib.
Oxu.Az DİN-ə istinadən xəbər verir ki, şəhər sakini Fərail Abbasovun yaşadığı evə gələn kürəkəni - şəhər sakini İntiqam Rəhimov münaqişə zəminində F.Abbasova, onun arvadı Xublara və oğlu Təbrizə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rəhimov tutulub.
21.01.2014
Gəncədə kürəkən qayınatası və qaynını bıçaqlayıb.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Gəncə şəhər sakini, İnqilab Rəhimov qohumları ilə aralarında yaranan mübahisə zamanı qayınatası, 1963-cü il təvəllüdlü Fərail Abbasova və qaynı, 22 yaşlı Təbriz Abbasova xəsarət yetirib.
Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər 22 yaşlı Təbriz Abbasovun vəziyyətinin ağır olduğunu bildirirlər.
Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, Abbasovlar ailəsi İnqilab Rəhimovla qızları arasında narazılıq olduğuna görə, övladlarını öz evlərinə gətirib. Barışmaq üçün qayınatasıgilə gedən İnqilab Rəhimov isə mübahisə edib. Bundan sonra o, bıçağa əl atıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
E.Ə.
www.oxu.az