İrana aid döyüş gəmisi “Demavend” Xəzər dənizində qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, ölkənin ən böyük döyüş gəmilərindən “Demavend”də 18 nəfər olub, onlardan altısı qəza zamanı dənizə düşüb.
Yerli mənbələrə görə, dənizə düşən altı nəfərdən dördü xilas edilib, lakin onlardan ikisi tapılmayıb. Buna görə də axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, 2013-ci ildə dənizə endirilən döyüş gəmisinin uzunluğu yüz metrdir və 300 ton ağırlığındadır.
فيديو // وكالات انباء ايرانية : ارتطام مدمرة دماوند في بحر قزوين برصيف بحري في ميناء انزلي جراء الجو العاصف و تعرضها لاضرار pic.twitter.com/Sk1YOXqeBH
— Hazem Kalasحازم كلاس (@Hazem_Kallass) 10 января 2018 г.
A.M.
www.oxu.az