Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İranın HHM sistemi səhvən özünün "F-4" qırıcısını vurdu
İran HHM sistemi Kermanşah bölgəsində səhvən özünün "F-4" qırıcısını vurub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Simorgh News" agentliyi xəbər yayıb.
Bildirilib ki, hadisə Bisütun dağı yaxınlığında baş verib. Şahidlərin bildirdiyinə görə, hadisədən sonra təhlükəsizlik qüvvələri dərhal Bisütundan Dinevar istiqamətində yol hissəsini bağlayaraq, əməliyyatın keçirilməsi üçün nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Yerli sakinlər təhlükəsizlik xidmətləri və hərbçilərin ərazidə işlədiyini təsdiqləyiblər.
Təyyarənin düşməsi, hadisənin səbəbləri və nəticələri barədə hələ rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, İranın HHM sistemi qüsurlu olaraq qalır, müasir yüksəksürətli hədəflərin aşkarlanması və ələ keçirilməsində bir sıra zəif nöqtələrə malikdir. Bu isə qabaqcıl hava təhdidlərinə qarşı onun effektivliyini azaldır. Dağlıq ərazini nəzərə alsaq, təyyarə düşmən hədəfi kimi müəyyən edilə bilərdi.
Rəylər