İran İslam Respublikasının keçmiş prezidenti Məhəmməd Xatəminin qardaşı Məhəmmədrza Xatəmi koronavirusa yoluxub.
TASS xəbər verir ki, o, İranın altıncı çağırış parlamentinin vitse-spikeri, islahatçı “Muşarikət Cəbhəsi” partiyasının baş katibi olub.
Məhəmmədrza Xatəminin Tehran xəstəxanalarından birinə yerləşdirildiyi deyilir.