İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın Azərbaycana səfəri planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Səfər sentyabr ayına nəzərdə tutulur. Məlumata görə, İranın müdafiə naziri Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində də iştirak edəcək.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin APA-ya açıqlamasında H.Dehqanın səfərinə hazırlıq getdiyini təsdiqləyib:
“Səfər Azərbaycan tərəfinin dəvəti ilə gerçəkləşəcək. Hazırda səfərin dəqiq tarixi müəyyənləşdirilir”.