Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İranın Rusiyaya göndərməyə hazırlaşdığı silah-sursatın yeni görüntüləri yayıldı
İranın "İveco" şassisi əsasında yük maşınları kimi maskalanan və Rusiyaya göndərilmək üçün hazırlanan "Fəth-360" raket qurğuları və "Arman" taktiki raketdən müdafiə sistemlərinin yeni görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, fotoları "Azad İran" "Telegram" kanalı paylaşıb.
Məlumata görə, Rusiyaya bu sistemlərdən əlavə müəyyən optik-elektron sistem də veriləcək.
Bildirilib ki, silahlar arasında İranın "Sepehr-14" optik-elektron izləmə və atəşə nəzarət sistemi də var. Bu cür sistemlərin mənfi cəhəti isə pis hava şəraitində işləməməsidir.
"İran-Rusiya münasibətləri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar